BMT: Çadda daşqınlardan təxminən 1,5 milyon insan zərər çəkib
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin sözçüsü Jens Laerke Çadda keçən aydan bəri davam edən daşqınlardan təxminən 1,5 milyon insanın zərər çəkdiyini və ən azı 340 nəfərin öldüyünü bildirib.
Laerke BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında bu barədə məlumat verib. O bildirib ki, avqustun sonunda Çadda 964 mindən çox insan leysan yağış və daşqınlardan zərər çəkib. Ölkədə on minlərlə evin dağıldığını bildirən Laerke əkinçilik sahələrinin su altında qaldığını, heyvanların boğulduğunu bildirib.
BMT təşkilatları və onların tərəfdaşlarının Çad hakimiyyətinə dəstək verdiyini qeyd edən Laerke qida, sağlamlıq xidmətləri və digər ehtiyacları təmin etməyə çalışdıqlarını deyib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...