Birinci yarımildə 5 bazar subyektinə qarşı 190 min manatadək maliyyə sanksiyası tətbiq edilib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının aradan qaldırılması və reklam qanunvericiliyinə nəzarət çərçivəsində tədbirlər davam etdirilir. Cari ilin yanvar-iyun ayları ərzində baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə qarşı 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə müvafiq icrası məcburi göstərişlər verilib.
Fhnews.az xəbər verir ki, Dövlət Xidmətindən verilən məlumata görə, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yolvermə əlamətləri 13 bazar subyekti, bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları isə 20 bazar subyekti tərəfindən könüllü aradan qaldırılıb.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...