Bir sıra rayonlarda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Bu gün saat 10:00-dan etibarən Yasamal rayonunda yaşayış binasına təbii qazın verilməsi ilə əlaqədar qaz xəttinin mövcud şəbəkəyə qoşulması, "Qaz İxrac" İdarəsi tərəfindən "Şamaxı" QPS-də və saat 09:00-dan etibarən "Ucar" QPS-də yeni tənzimləyici qurğuların quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu üzrə Sosial Evlər yaşayış kompleksinin, Şamaxı rayonunun (Şamaxı şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 15 kəndinin) və Ucar rayonunun (20 kənd) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...