Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
İspaniyanın Saraqosa şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları məlum olub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, ölkəmizi qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Ləman Əlimuradova, Zeynəb Hümmətova və Darya Sorokina təmsil edəcəklər.
Turnirdə ölkəmizdən iki hakim - Nigar Abdusalimova ilə Vəfa Bəkərova ədaləti qoruyacaq.
Qeyd edək ki, yarış iyulun 5-6-da baş tutacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...