Beynəlxalq Şahmat Federasiyasının prezidenti Bakıya gəlib
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gəlib.
Fhnews.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı funksioner səfər çərçivəsində Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayevlə görüşüb.
Görüş zamanı idmanın insanları iqlim böhranı ilə mübarizədə birləşdirəcək gücə malik olduğu qeyd olunub.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...