Beynəlxalq Kosmik Stansiyada gigiyena kosmonavtlarıı təhlükə altına qoya bilər
Alimlər Beynəlxalq Kosmik Stansiyada (BKS) uzunmüddətli həyatın kosmonavtların sağlamlığına təsirini araşdıran yeni araşdırma aparıblar. Araşdırma nəticəsində məlum olub ki, Beynəlxalq Kosmik Stansiyada son dərəcə steril mühit immunitet sisteminə mənfi təsir göstərə bilər.
Tədqiqatçılar BKS -də 803 müxtəlif səthdən nümunələr götürərək stansiyadakı mikrob müxtəlifliyini araşdırıblar.
Nəticələr göstərib ki, BKS-də mikrobların müxtəlifliyi Yerdəki insanar tərəfindən yaradılmış mühitlərdən daha azdır. Müəyyən edilib ki, stansiyadakı mikroblar əsasən astronavtların tökülmüş dəri hüceyrələrindən ibarətdir.
Bundan əlavə, təmizlik məhsullarından qalan kimyəvi maddələrin stansiyanın hər yerində cəmləşdiyi müəyyən edilib. Alimlər bildirirlər ki, stansiyada mikrob müxtəlifliyinin artırılması astronavtların sağlamlığını yaxşılaşdıra bilər.
Mütəxəssislər vurğulayırlar ki, kosmosda uzun müddətli həyatın davamlı olması üçün Yerdəki təbii mikroblar idarə olunan şəkildə kosmik mühitə daxil edilməlidir.Tədqiqat göstərir ki, gigiyena qaydalarına riayət etmək vacibdir, lakin həddindən artıq sterilizasiya immunitet sisteminə mənfi təsir göstərə bilər.
Alimlərin fikrincə, Beynəlxalq Kosmik Stansiyada mikrobların daha balanslı şəkildə idarə olunduğu bir ekosistemin yaradılması kosmonavtların sağlamlığının qorunmasında təsirli ola bilər.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...