Beynəlxalq forumda türk xalqları ədəbiyyatının tədqiqi barədə məlumat verilib
Dünya Gənc Türk Yazarlarının I Bakı Forumunda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini dosent Mehman Həsənli məruzə ilə çıxış edib.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, o, Azərbaycanda türk xalqları ədəbiyyatının tədqiqinin tarixi və bu günü ilə bağlı forum iştirakçılarına geniş məlumat verib. Mehman Həsənli Ədəbiyyat İnstitutunda türk xalqları ədəbiyyatının araşdırılması istiqamətində görülən işlərdən də bəhs edib.
Forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gələn gənc yazarlar, tədqiqatçılar iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...