Ben Qurion hava limanında bütün reyslər ləğv edilib
İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava Limanı bütün reyslərə bağlanıb.
İsrail ordusunun Livanın cənubundakı Hizbullah hədəflərinə hücumu ilə eyni vaxtda Ben Qurion hava limanı bütün uçuşlara bağlanıb.Hava limanından bütün uçuşlar ləğv edilib. Ben Quriona enən bütün təyyarələr bölgə ölkələrinə yönləndirilib. İsrail ordusu Livana hücuma başladıqdan sonra Hizbullah İsrailin şimal bölgələrinə raket zərbələri endirib.
Ölkənin şimalındakı Qaliley bölgəsindəki Dovev, Baram və Ein Yacov başda olmaqla bir çox bölgədə sirenlər səslənməyə başlayıb.Digər tərəfdən, İsrail Ordusu Radiosunun xəbərinə görə, İsrail səlahiyyətliləri bölgədə yaşayan vətəndaşları sığınacaqlarda qalmağa çağırıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...