Belçikada minlərlə insan dondurucu soyuqda Şimal dənizinə girib
Belçikanın sahil şəhəri Oostendə 1987-ci ildən bəri keçirilən "Nieuwjaarsduik” (Yeni il dalışı ) tədbirinə minlərlə insan qatılıb. Okeanların təmiz saxlanmasına diqqət çəkmək üçün təşkil edilən tədbirə bəzi belçikalılar maraqlı geyimlərlə qatılıb.
Yerli vaxtla saat 15:00-da verilən siqnalla aralarında uşaq və qocaların da olduğu minlərlə insan təxminən 200 metr məsafədən dənizə doğru qaçmağa başlayıb. Şimal dənizinə şaxtalı soyuqda girənlərin bəziləri dərhal çölə çıxıb, bəziləri isə suda daha çox qalmağa çalışıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...