2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Belçika hava məkanı tətil səbəbiylə sabah bağlı olacaq

12-02-2025
IMG

Hava hərəkəti dispetçerlərinin ümummilli tətildə iştirakı ilə əlaqədar sabah Belçika hava məkanı bağlanacaq.Belçikanın hava məkanından məsul qurum olan “Skeyes”  işçilərini təmsil edən həmkarlar ittifaqı rəsmiləri, sabah ölkə daxilində keçiriləcək tətilə hava nəqliyyatı dispetçerlərinin də qatılacağını açıqlayıb. Açıqlamada “Skeyes” əməkdaşlarının yerli vaxtla saat 06.45-22.15 saatları arasında növbətçi olmayacağı, hava məkanının bağlı olacağı, ölkə hava limanlarında  enişin olmayacağı qeyd edilib.

Brüssel və Şarlerua hava limanının səlahiyyətliləri tətil səbəbiylə xarici reysləri ləğv etmək qərarına gəliblər, çünki sabah təhlükəsiz əməliyyatları təmin etmək üçün kifayət qədər personal olmayacaq.

Gələn reyslərdə ciddi gecikmələrin ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib və sərnişinlərdən uçuşların vəziyyətini yaxından izləmələri xahiş olunub.

Digər tərəfdən, sabah bütün həmkarlar ittifaqlarının ümumi çağırışı ilə ölkə daxilində böyük bir nümayiş keçiriləcək. Tətildə müxtəlif sektorların, xüsusilə təhsil, ictimai qurumlar və ictimai nəqliyyatın iştirakı gözlənilir.

Həmkarlar ittifaqları ölkədə yeni qurulan hökumətin sosial xərclərdə etməyi planlaşdırdığı ixtisarları və həyata keçirəcəyi qənaət siyasətini sərt şəkildə tənqid edir.

Paylaş: