Belarusda çay üzərindəki körpü uçdu: Nəqliyyat vasitəsi suya düşdü
Belarusun Lida rayonunda Neman çayı üzərindən keçən və istismarda olmayan körpünün bir hissəsi uçub.
Bu barədə Belarus Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nəticədə körpünün Tosino kəndi yaxınlığındakı hissəsi qismən dağılıb. Körpünün demontajını həyata keçirən iki fəhlə xəsarət alıb, həmçinin ekskavator içində sürücü ilə birlikdə suya düşüb.
“Xilasedicilər tərəfindən xəsarət alan iki nəfər və ekskavator sürücüsü hadisə yerindən çıxarılıblar”, - deyə nazirlikdən bildirilib.
Hazırda yaralılar tibb müəssisəsindədirlər. Baş vermiş hadisənin səbəbləri araşdırılır.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...