BDU və Türkiyənin Halic Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Haliç Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Fhnews.az xəbər verir ki, Universitetdən verilən məlumata görə, sənədi BDU-nun rektoru Elçin Babayev və Haliç Universitetinin rektoru Nihat İnanç imzalayıb.
Memorandum universitetlər arasında təhsil və tədqiqat sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyır. Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 1998-ci ildə əsası qoyulmuş Haliç Universiteti Türkiyənin ən nüfuzlu universitetlərindən biridir. Haliç Universitetində 17 mindən çox tələbə təhsil alır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...