2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

BDU-nun üç məzunu HTP çərçivəsində Çində təhsil alacaq

08-08-2024
IMG

Bakı Dövlət Universitetinin (BDU) üç məzunu 2024-2025-ci tədris ili üçün hökumətlərarası təqaüd proqramı (HTP) çərçivəsində Çin Xalq Respublikasında təhsil alacaq.

Universitetdən verilən məlumata görə, Çin tərəfindən verilən yekun qərar nəticəsində 28 nəfər Azərbaycan Respublikası vətəndaşı 2024-2025-ci tədris ili üzrə ölkənin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. BDU məzunları Səbinə Cəfərova və Elnur Novruzov Çinin Xian Jiatong Universitetində jurnalistika və kommunikasiya ixtisası üzrə magistratura pilləsində təhsillərini davam etdirəcəklər. Nərmin Cəfərli isə Çin Xarici Əlaqələr Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsili alacaq.

Paylaş: