BDU-nun Biologiya fakültəsinin tələbələri beynəlxalq olimpiadada I və II yerlə layiq görülüblər
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbələri Tacikistan Milli Universitetinin təşkilatçılığı ilə keçirilən Biologiya üzrə Beynəlxalq Olimpiadada uğur qazanıblar.
BDU-dan verilən məlumata görə, Biologiya fakültəsinin tələbələri Şahnaz Vəliyeva olimpiadada I, Firuzə Məhərrəmova və Günay Fətəliyeva II yerə layiq görülüblər.
Olimpiada dünyanın müxtəlif ölkələrindən gənc bioloqların bilik və təcrübə mübadiləsi üçün mükəmməl platforma yaradıb. Olimpiadanın əsas məqsədi gənclərin biologiya üzrə biliklərini, qarşıya qoyulan problemləri həlletmə bacarıqlarını artırmaq, yaradıcılıq potensialını üzə çıxarmaq, müasir təhsil texnologiyaları ilə işləmək təcrübəsi qazandırmaqdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...