BDU-da “QS Quacquarelli Symonds” reytinq agentliyinin nümayəndələri ilə görüş keçirilib
Bakı Dövlət Universiteti (BDU) ilə nüfuzlu “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin nümayəndələri arasında görüş keçirilib.
Universitetdən verilən məlumata görə, görüşdə rektor Elçin Babayev BDU-nun tədris, elmi-tədqiqat və beynəlmiləlləşmə istiqamətləri üzrə son illər ərzində əldə etdiyi uğurlara dair geniş məlumat verib. QS-in baş vitse-prezidenti Ben Sovter BDU-nu “QS dayanıqlılıq reytinqi 2025” siyahısında 345-dən çox pillə irəliləməsi və 941-950-ci diapazonda qərarlaşaraq, Azərbaycanda TOP-1000-ə daxil olan yeganə ali təhsil müəssisəsi olması münasibətilə təbrik edib.
Görüşdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov reytinqlərlə iş istiqaməti üzrə görülən işlərə, eləcə də son illərdə əldə edilən uğurlara dair təqdimatla çıxış edib.
Daha sonra reytinq agentliyinin nümayəndələri ünvanlanan sualları cavablandırıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...