BDU-da “Gənc proqramçılar” müsabiqəsi keçirilib
Gənclər Fondunun dəstəyi, Bakı Dövlət Universiteti (BDU) və “BDU könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə “Gənc proqramçılar” adlı proqramlaşdırma müsabiqəsi keçirilib.
Universitetdən verilən məlumata görə, müsabiqədə ölkənin müxtəlif universitet, kollec və orta ümumtəhsil müəssisələrindən təhsilalanlar iştirak ediblər. Gənclər məntiqi, nəzəri, cəld kodlama və proqramlaşdırma bilikləri üzrə mübarizə aparıblar.
Müsabiqənin nəticələrinə əsasən, “The Compilers” komandası I, “Frack” komandası II, “Enigma” komandası isə III yerə layiq görülüb. Qaliblər kubok, medal və sertifikatlarla təltif olunublar.
Müsabiqənin keçirilməsində məqsəd gənclər arasında proqramlaşdırmaya olan marağı artırmaq, onların bu istiqamətdəki bacarıqlarını inkişaf etdirməkdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...