BDU əməkdaşları KOBİA-nın keçirdiyi 6-cı qrant müsabiqəsinin qalibidirlər
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin mühəndisi Reyhan Mirsultanova, Fizika fakültəsinin Fiziki elektronika kafedrasının baş müəllimi Şirxan Hümbətov və Nanomaterialların kimyəvi fizikası kafedrasının II kurs doktorantı Məhəmməd Bağır Bağırov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi 6-cı qrant müsabiqəsinin qalibi olublar.
Universitetdən bildirilib ki, Reyhan Mirsultanovanın “Dayanıqlı kənd təsərrüfatı ekosistemi” (Irrigo), Şirxan Hümbətovun “Perovskit-maye kristal hibrid strukturlarla səmərəliliyi artırılmış günəş elementlərinin hazırlanması”, Məhəmməd Bağır Bağırovun “Effektiv enerji saxlama qabiliyyətinə malik GO/PANİ (qrafen oksid/polianilin) əsaslı supertutum batareyalarının hazırlanması” layihələri müsabiqədə qalib hesab edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...