Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında noyabrın 5-i gündüzdən 6-sı gündüzədək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə - Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astarada leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...