2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Bəzi yerlərdə duman müşahidə olunub – FAKTİKİ HAVA

31-01-2025
IMG

Saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Şamaxı, Yevlax, İmişli, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

Paylaş: