2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

08-07-2024
IMG

İyulun 9-dan 10-u gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.

Fhnews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Qarabağ bölgəsində) yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Paylaş: