Bazel-Mülhauz hava limanı bomba təhlükəsi səbəbindən boşaldılıb
Olimpiya Oyunlarının açılış mərasiminə saatlar qalmış qatar xətlərinin təxribatından sonra Fransa-İsveçrə sərhədindəki hava limanında bomba təhlükəsi yaranıb. İsveçrə, Fransa və Almaniyanın istifadə etdiyi Bazel-Mülhauz hava limanını bomba həyəcanı səbəbilə boşaldıb.
Xatırladaq ki, Fransanın paytaxtı Parisdə Olimpiada üçün görülən sıx təhlükəsizlik tədbirlərinə baxmayaraq, Fransa rəsmiləri ölkədəki sürətli qatar xəttinin böyük təxribat hücumuna məruz qaldığını açıqlayıb.Təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olduğu Parisdəki aksiyanın ölçüsü çox böyükdür. İsveçrə ,Fransa və Almaniyanın istifadə etdiyi Bazel-Mülhauz hava limanının bomba həyəcanı səbəbiylə boşaldılması da Olimpiya oyunlarıni izləmək üçün Fransaya gələcək turistləri təşvişə salıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...