Bayram günlərində təcili tibbi yardım xidmətinə 18 mindən çox müraciət daxil olub
Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Təcili tibbi yardım xidmətinə dekabrın 31-dən yanvarın 6-dək ümumi çağırışların sayı 18 min 351, hospital olunanların sayı isə 1840 olub.
Fovqaladexeberler.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata görə, çağırışların sayı ən çox yanvarın 1-də (çağırış sayı 2 min 723, hospital olunanların sayı 305 olmaqla), yanvarın 2-də (çağırış sayı 2 min 713, hospital olunanların sayı 274 olmaqla) və dekabrın 31-də (çağırış sayı 2 min 639, hospital olunanların sayı 242 olmaqla) qeydə alınıb.
Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.1211
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...