Bayraktar TB3 və ANKA-3 pilotsuz uçuş aparatları ilk uçuşlarını TEKNOFEST Adanada həyata keçirəcək
Bunu Aviasiya, Kosmos və Texnologiya Festivalının (TEKNOFEST) İdarə Heyətinin sədri və Türk Texnologiya Komandası Vəqfi (T3) İdarə Heyətinin sədri Səlcuq Bayraktar bildirib.
Sabah qapılarını açacaq TEKNOFEST Adananın keçiriləcəyi Şakirpaşa Hava Limanında son hazırlıq işləri tamamlanıb. Bayraktar “TEKNOFEST artıq millətimizə şövqünü hiss etdirməyə başlayıb. Bu il digər illərdən fərqli olaraq yeni hava şoularımız da var. Bundan əlavə, 11 yeni kateqoriya üzrə yarışlarımız var. Çempionlar Liqası yarışımız Adanada davam edəcək. Oktyabrın 6-na kimi buradayıq. Festival sabah saat 09.00-da başlayacaq.
Dost və qardaş coğrafiyaları olan bütün Türkiyəni burada gözləyirik. Bizim tədbir stendlərində sürpriz aviaşoular və sürprizlər də var. Onlardan biri də ANKA-3-dür. Bundan əlavə, Bayraktar TB-3 ilk dəfə xalqın önündə uçaclar həyata keçirəcək.”-deyə məlumat verib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...