2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bayraktar TB3 SİHA-nın ilk ixracatı İndoneziyaya olacaq

12-02-2025
IMG

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İndoneziyaya səfəri çərçivəsində “Baykar”ın  baş direktoru Haluk Bayraktar ilə Republikorp qurucusu Norman Joesoef arasında “Bayraktar TB3 və Bayraktar AKINCI Exports üçün Ortaq İstehsal Müqaviləsi” imzalanıb.

Əldə edilən məlumata görə, müqavilə çərçivəsində 60 Bayraktar TB3 və 9 Bayraktar AKINCI İndoneziyaya ixrac ediləcək. Bayraktar TB3 SİHA qatlana bilən qanad quruluşu ilə TCG Anadolu kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb enmə qabiliyyətinə malikdir.

Bayraktar TB3 imkanları ilə öz sinfindəki pilotsuz uçuş aparatları ilə müqayisədə əhəmiyyətli yeniliklər ehtiva edir. Görmə xəttindən kənar əlaqə imkanlarına malik olan milli PUA  çox uzaq məsafələrdən idarə oluna bilər. Belə ki, daşıdığı ağıllı sursatla xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək istifadəçinin çəkindirmə gücünə çoxaldıcı təsir göstərir.

Yüksək hündürlüyü, havada uzun müddət qalması və geniş yük variantları ilə döyüş meydanında əhəmiyyətli bir çəkindirici gücə malik olan Bayraktar AKINCI yanğın, zəlzələ, axtarış-xilasetmə əməliyyatları kimi vəziyyətlərdə humanitar yardım qruplarına da töhfə verir.

Paylaş: