Baş Prokurorluq: AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar cinayət işi açılıb
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometrliyində qəza enişi etməsi ilə əlaqədar Baş Prokurorluqda cinayət işi açılıb.
Fhnews.az xəbər verir ki, bunu Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov mətbuat konfransında deyib.
O qeyd edib ki, Baş Prokurorluq qazaxıstanlı həmkarlarla qarşılıqlı əməkdaşlıq edir. İstintaqın nəticələri ictimaiyyətə açıqlanacaq.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...