2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Bərdədəki “RehaPoint” məntəqəsində əlilliyi olan 1450-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

07-12-2024
IMG

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” - Reabilitasiya Məntəqəsində ötən dövrdə əlilliyi olan 1450-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, ötən il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan bölgə sakinlərinə ambulator reabilitasiya xidmətləri göstərilir. Həmin şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanır.

Məntəqədə əlilliyi olan şəxslərə 800-dən çox reabilitasiya vasitəsi də verilib.

Paylaş: