Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri Milli Azərbaycan Tarixi Muzeyində olub
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən Banqladeş Xalq Respublikasının müvəqqəti hökumətinin Baş müşaviri, Sülh üzrə Nobel mükafatı laureatı, həmçinin dünyada yoxsulluğu azaltmaq üçün maliyyə dəstəyi və sosial dəyişikliklərə yönəlmiş işləri ilə tanınan Məhəmməd Yunus Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Muzeydən verilən məlumata görə, ziyarət zamanı M.Yunusa muzeyin zəngin ekspozisiyası, Azərbaycanın tarixi və mədəni irsi haqqında məlumat verilib. Eyni zamanda, Baş müşavir məşhur xeyriyyəçi H.Z.Tağıyevin ev-muzeyinə ekskursiya edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...