Banqladeşdə sel fəlakəti ciddi problemlərə səbəb olub
Banqladeşin Sylhet şəhərində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 10 min ailə evlərindən çıxa bilmir.
“Dhaka Tribune” xəbər verir ki, leysan yağışlar nəticəsində Sylhet şəhərindən keçən Surma çayının suyunun səviyyəsi təhlükəli həddə çatdığından və şəhərdəki kanallar su altında qaldığından alçaq ərazilərdə daşqınlar baş verib.
Şəhərin 28 rayonu su altında qalarkən, 10 min ailə də evlərində qapalı qalıb.
Sylhet'in ən böyük xəstəxanası MAG Osmani Tibb Kolleci Xəstəxanası su altında qaldığından səhiyyə xidmətləri dayandırılıb.
Şəhər Administrasiyası seldən zərər çəkənlər üçün şəhərdə çoxlu sığınacaqların hazırlandığını və zərərçəkənlərə quru qida və təmiz suyun çatdırıldığını açıqlayıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...