Banqladeşdə Remal siklonu azı yeddi nəfərin həyatına son qoyub
Banqladeşin bəzi hissələrini vuran Remal siklonunun səbəb olduğu dağıntılar nəticəsində azı yeddi nəfər ölüb, daha iki nəfər isə itkin düşüb.
Fhnews.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Banqladeş Meteorologiya Departamentinə istinadla məlumat yayıb.
Bildirilir ki, siklonun təsirinə məruz qalan on rayondan azı 800 min insan sığınacaqlara təxliyə edilib. Şiddətli külək elektrik dirəklərini aşırıb, sahilyanı ərazilərdə elektrik təchizatı kəsilib. Nəticədə 15 milyon insan işıqsız qalıb. Əkin sahələrinə də ciddi ziyan dəyib.
Bütün daxili marşrutlarda çay gəmilərinin hərəkəti dayandırılıb.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...