Banqladeşdə daşqınlarda ölənlərin sayı 52-yə yüksəlib
Banqladeşdə leysan yağışları nəticəsində çayların daşması ciddi problemlər yaradıb. “Dhaka Tribune” qəzetinin məlumatına görə, Banqladeş Fəlakətlərin İdarə Edilməsi və Yardım Nazirliyi daşqın fəlakətinin son vəziyyəti ilə bağlı hesabat dərc edib.
Hesabatda daşqından ölkə daxilində 5 milyon 400 mindən çox insanın əziyyət çəkdiyi, daşqınlar nəticəsində ölənlərin sayının isə 52-yə yüksəldiyi bildirilib.595 həkim briqadası daşqından zərər çəkmiş ərazilərdə xidməti vəzifələrini davam etdirir.
Digər tərəfdən, ölkədə baş verən sel fəlakəti ilə əlaqədar bölgədə 500 mindən çox insan 3403 müvəqqəti sığınacaqda yerləşdirilib.
Geyiləbilən beyin stimullaşdırıcı cihaz...
Yatmadan əvvəl ekran qarşısında vaxt...
Ağ Ev: 2 aprel 2025-ci il Amerika...
İtaliyada doğum səviyyəsi kəskin aşağı...
Pakistan Prezidenti Zərdari xəstəxanaya...