2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Bakının iki rayonunda su kəsiləcək

17-06-2024
IMG

Gecə saatlarından başlayaraq sabah gün ərzində Bakının iki rayonunda su kəsiləcək.

Fhnews.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən bildirilib.

Məlumata görə, yeni parkın tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su xəttinin köçürülməsi və yenidən qurulması işləri ilə əlaqədar iyunun 18-də gecə saatlarından başlayaraq gün ərzində Nərimanov və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum bununla əlaqədar abonentlərdən üzr istəyir.

Paylaş: