2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bakının ev sahibliyi edəcəyi badminton üzrə Avropa çempionatının iştirakçı ölkələri açıqlanıb

13-12-2024
IMG

Gələn il Bakıda ilk dəfə keçiriləcək badminton üzrə qarışıq komandaların Avropa çempionatında iştirak edəcək komandalar açıqlanıb.

Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, fevralın 12-16-da Bakı İdman Sarayında təşkil olunacaq turnirdə 8 komanda mübarizə aparacaq.

Birinci qrupda yer alan Azərbaycan millisinin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmalarıdır. İlk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaq.

Digər qrupda Fransa, Almaniya, Çexiya və Niderland komandaları yer alıb.

Paylaş: