Bakının bəzi küçələrində parklanma ilə bağlı dəyişikliklər tətbiq edilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.
AYNA-dan verilən məlumata görə, parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb.
“Burada mövcud parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi, yol nişanı quraşdırılıb. Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində (Amburan Mall) 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb”, - deyə AYNA-nın məlumatında bildirilir.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...