2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Bakının əsas küçələrindən birində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır

24-06-2024
IMG

Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (Yusif Səfərov küçəsindən Xəqani Rüstəmov küçəsinədək) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.

Fhnews.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Paylaş: