Bakıda yorğa atların ölkə çempionatı keçiriləcək
Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə yorğa atların ölkə çempionatı keçiriləcək.
ARAF-ın mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən 50-dək yorğa atı öz gücünü sınayacaq.
Çempionatda Azərbaycanın müxtəlif regionlarında doğulan yerli yorğa atları 8 müxtəlif kateqoriyada və məsafədə mübarizə aparacaqlar.
Yorğa çempionatı ilə yanaşı, cıdır mövsümünün bağlanışı ilə əlaqədar əlavə yarışlar da həmin gün keçiriləcək. 4 qaçışdan ibarət yarışlar Qarabağ, Dilbaz və ingilis atlarının iştirakı ilə reallaşacaq. Hər iki tədbirin qaliblərinə diplom, kubok və müxtəlif mükafatlar təqdim olunacaq.
Binə Atçılıq Mərkəzinin cıdır meydanında təşkil olunacaq tədbir noyabrın 2-də başlayacaq.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...