Bakıda İqlim Fəaliyyəti Həftəsi işə başlayıb
Sentyabrın 30-da Bakıda İqlim Fəaliyyəti Həftəsi işə başlayıb.
Fhnews.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov çıxış edəcək, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və Bonn meri, ICLEI sədri Katja Doernerin videomesajı dinləniləcək.
Rəsmi hissədən sonra sessiyalar keçiriləcək.
Bakıda İqlim Fəaliyyəti Həftəsi oktyabrın 4-dək davam edəcək.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...