Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın Yusif Səfərov küçəsində mikromobillik zolaqlarının təşkilinə başlanılıb.
AYNA-dan verilən məlumata görə, bu zolaq şəhərin mərkəzini “Xətai” metrostansiyası, Xocalı prospekti, Fəzail Bayramov, Həmid Abbasbəyli, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələri ilə əlaqələndirəcək.
Hazırda zolağın uzunluğu 430 metrə yaxındır. Görülən işlər çərçivəsində velosiped zolağı Həmid Abbasbəyli küçəsinədək (“Sevirəm” parkının yanı) uzanacaq və təxminən 850 metr təşkil edəcək.
Qeyd edək ki, Xocalı prospekti, “Sevirəm” parkı və 28 May küçəsini əlaqələndirən mikromobillik vasitələri üçün yeni zolaq Yusif Səfərov küçəsində şəbəkənin ən vacib hissələrindən biridir.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...