Bakıda beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İyunun 2-3-də Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsi keçiriləcək.
Fhnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı Su İdmanı Sarayında təşkil olunacaq tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikalarının komandaları 15 yaş kateqoriyasında yarışacaqlar. Arenaya giriş sərbəst olacaq.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə təşkil olunan yarışlar iyunun 2-3-də keçiriləcək.
Gənclər və İdman Nazirliyində Beynəlxalq...
Bədii gimnastika üzrə Bakı birinciliyi...
Azərbaycan təmiz idmanın beynəlxalq...
Azərbaycan Gimnaziadada 192 idmançı ilə...
Bakıda bədii gimnastika üzrə Dünya...