Bakıda 133 nömrəli marşrut xətti üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər həyata keçirir.
AYNA-dan verilən məlumata görə, “Çinar Trans” MMC-nin istismarında olan 133 nömrəli marşrut xətti üzrə “Yutonq” markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.
Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin rahatlığı üçün ən son texnologiyalarla təchiz olunub.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...