2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib

07-03-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mart ayının pensiyaları qrafikdən əvvəl ödənilib.

Fhnews.az xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qarşıdan gələn bayramlarla əlaqədar bu ay qrafikdən əvvəl ödəniləcək.

Paylaş: