Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi fəaliyyətini dayandırıb
Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 2025-ci il fevralın 1-dək fəaliyyətini dayandırıb.
Fhnews.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bu səbəbdən 2024/2025 mövsümündə Azərbaycan Kuboku və Azərbaycan Premyer Liqasında keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar nəqliyyat vasitəsi ilə mümkün olacaq.
AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.
Qeyd edək ki, COP29 11-22 noyabr aralığında keçiriləcək.
Heydər Əliyev Fondu Ramazan bayramında...
Vardanyanın məhkəməsində zərərçəkmiş...
Özbəkistan Respublikasının Baş...
Küləkli hava şəraiti ilə bağlı sarı və...
Elektron siqaretdən istifadə popkorn...