Bakı metrosunun daha bir stansiyasında sərnişin qatar yoluna düşüb
Bu gün saat 19:00 radələrində metronun “Ulduz” stansiyasında sərnişin qatar yoluna düşüb.
“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili və təxirəsalınmaz Təcili Tibbi Yardım Xidməti dəvət olunub.
Sərnişin stansiya yolundan çıxarılıb. Təmas relsinə yüksək gərginlik verilib, qatar yola salınıb. İntervaldan əlavə 24 dəqiqə yubanma yaranıb.
Hazırda Yaşıl və Qırmızı xətlərdə hərəkət intervalların tənzimlənməsi və qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...