2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bakı Ali Neft Məktəbi 33 nəfər Prezident təqaüdçüsü ilə ölkə birincisi oldu

07-10-2024
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 33 tələbəsi Prezident təqaüdünə layiq görülüb. BANM Prezident təqaüdçülərinin sayına görə bu il də birinci oldu. Azərbaycan Prezidentinin “2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamına əsasən 102 tələbə bu təqaüdə layiq görülüb. Təqaüdçülərin üçdəbirini BANM-in tələbələri təşkil edir.

Bu barədə BANM-dən məlumat verilib. Bildirilib ki, Prezident təqaüdçülərindən 9 nəfəri informasiya təhlükəsizliyi, 10 nəfəri kimya mühəndisliyi, 11 nəfəri biznesin idarə edilməsi, 2 nəfəri kompüter mühəndisliyi, 1 nəfəri isə kompüter elmləri ixtisaslarının tələbəsidir.

Beşinci dəfədir ki, Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil müəssisələri arasında birincidir.

Paylaş: