2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir

27-02-2025
IMG

Azərbaycan Dəmir Yolları QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 1 və 2-də əlavə qatar reysləri təyin edir.

ADY-dən verilən məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Paylaş: