Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri Prezident İlham Əliyev.
Dost ölkənizin Müstəqillik Günü münasibətilə Bəhreyn Krallığının xalqı və hökuməti adından və öz adımdan Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayırıq.
Zati-alinizə ən yüksək ehtiramımızı bildiririk.
Hörmətlə,
Həməd bin İsa Al Xəlifə
Bəhreynin Kralı
Bosniya və Herseqovinanın Rəyasət...
Qazaxıstan Respublikasının Prezidenti...
Rusiya Federasiyasının Həştərxan...
Rusiya Federasiyası Dağıstan...
Rusiyanın “Sberbank” Publik Səhmdar...