Bağçalarda musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilir.
İdarədən verilən məlumata görə, müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar verilir. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa bacarığı yoxlanılır.
Müsahibədən uğurla keçən namizədlər toplanılan bal ardıcıllığına uyğun olaraq müvafiq vakant yerlərə yerləşdiriləcəklər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə mart...
BDU tələbəsi kapoeyra üzrə Avropa...
BANM-ın 24 tələbəsi “Aspire Leaders”...
DİM: Azərbaycan dili üzrə onlayn...
BDU əməkdaşları arasında “İlin alimi”...