2 aprel 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyində ilk qaliblər müəyyənləşib

09-12-2024
IMG

Bədii gimnastika üzrə 29-cu Bakı çempionatı və birinciliyinə start verilib.

Fhnews.az xəbər verir ki, yarışda "Ocaq Sport" Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi, "Grasiya" İdman Klubu, Sərhədçi Olimpiya İdman Mərkəzi, Şağan Olimpiya İdman Kompleksini təmsil edən gimnastlar qüvvələrini sınayırlar.

Çempionatda idmançılar balacalar (2014-2016), yeniyetmələr (2011-2013) və gənclər (2010-2011) yaş kateqoriyalarında mübarizə aparırlar.

İlk günün qalibləri fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşib. Yer tutanlar medal, diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Milli Gimnastika Arenasında keçirilən turnirə dekabrın 11-də yekun vurulacaq.

Paylaş: