AzTU ilə Elektron Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Nazirlikdən bildirilib ki, məqsəd informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.
Memoranduma əsasən, ETX tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil edəcək. Həmçinin xidmət nümayəndələrinin universitet tərəfindən təşkil ediləcək tədbirlərdə qonaq spiker qismində çıxış etmələri nəzərdə tutulur.
Auditorlar Palatasının nümayəndə heyəti...
Abşeron dairəvi marşrutu üzrə FLIRT...
Bayram günlərində qatarlarla daşınan...
“E-bildiriş”in tərtibi, tətbiqi və uçotu...
Bayram günlərində bölgələrə və əks...