2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

AZSTANDART Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Akkreditasiya üzrə Dövlətlərarası Şuranın iclasında təmsil olunub

20-12-2024
IMG

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndələri MDB çərçivəsində fəaliyyət göstərən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 66-cı iclasında təmsil olunub.

AZSTANDART-dan bildirilib ki, onlayn formatda təşkil olunan iclasa Azərbaycan ilə yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının, o cümlədən MDB İcraiyyə Komitəsinin və Standartlar Bürosunun nümayəndələri qatılıblar.

İclasda istehsal olunan məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, ticari-iqtisadi, elmi-texniki əlaqələrin gücləndirilməsi üzrə aktual problemlərin həlli istiqamətində standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsinə dair 20-dən çox məsələyə baxılıb.

Tədbirin sonunda Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС) arasında Əməkdaşlıq Sazişi imzalanıb.

Paylaş: