2 aprel 2025, çərşənbə Bakı, 12°C
IMG-LOGO

AZSTANDART Özbəkistanın “UzTest” mərkəzi ilə əməkdaşlıq edəcək

06-12-2024
IMG

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfər edib.

AZSTANDART-dan bildirilib ki, səfər çərçivəsində heyət Özbəkistan Elmi-sınaq və Keyfiyyətə Nəzarət Mərkəzinin (UzTest) nümayəndələri ilə görüşüb.

Görüş zamanı tütün məmulatlarının sınaqdan keçirilməsinə dair əməkdaşlıq layihələri ətrafında müzakirələr aparılıb, o cümlədən “Halal” sertifikatı üzrə təcrübə mübadiləsi barədə razılığa gəlinib. Görüşün yekununda AZSTANDART ilə “UzTest” arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Səfər çərçivəsində, həmçinin mərkəzin sınaq laboratoriyalarına baxış keçirilib, onların fəaliyyət istiqamətləri, laboratoriyalarda istifadə edilən müasir cihaz və avadanlıqlar barədə məlumat əldə edilib.

Səfərin sonunda AZSTANDART nümayəndələri Daşkənd Dövlət Texniki Universitetinin (TDTU) nəzdində “Metrologiya və standartlaşdırma” laboratoriyasında iş prosesi ilə tanış olub, laboratoriyaların akkreditasiyası sahəsində birgə əməkdaşlıq barədə müzakirələr aparıblar.

Paylaş: